Sumqayıtda mühafizəçi işləmiş 26 yaşlı kişi Mingəçevirdə həyat yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd edib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Emin Kərimov bir müddət Sumqayıtda mühafizəçi işləyib, daha sonra Mingəçevirə qayıdaraq bərbər kimi fəaliyyət göstərib.
O, həyat yoldaşının əvvəlcə "TikTok", daha sonra isə "Instagram" sosial şəbəkəsində başqa kişilərlə yazışdığını aşkarladığını bildirib. İkinci dəfə bu barədə aralarında mübahisə yaranıb və kişi həyat yoldaşına 16 bıçaq zərbəsi endirib. Daha sonra özü təcili tibbi yardım çağırıb.
Məhkəmədə təqsirləndirilən şəxs qadını öldürmək deyil, qorxutmaq istədiyini deyib. Zərərçəkmiş qadın isə ərindən şikayətçi olmadığını bildirib.
Məhkəmə əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərək E.Kərimovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mənbə: Oxu.az