Ceyranbatan məktəblisi beynəlxalq idman yarışında yüksək nəticə göstərib.
Sumqayit24.az-a daxil olan məlumata görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdi Yusif Səmədzadə Qazaxıstanda keçirilən "ER-XAN 2026" cüdo üzrə beynəlxalq idman yarışında iştirak edib.
Yusif Səmədzadə birinci yerə layiq görülərək beynəlxalq yarışın qalibi olub və qızıl medal qazanıb.