Bu gün sumqayıtlı şəhidimizin doğum günüdür.
Murad İlqar oğlu Rəhimli 1991-ci il 31 oktyabrda Sumqayıt şəhərində anadan olub.
1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib.
2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ekologiya fakültəsinə daxil olub. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib.
Ailəli idi, 2 oğul övladı var.
2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Murad Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Tərtər, Ağdərə istiqamətlərində döyüşüb. 7 oktyabrda Suqovuşanda şəhid olub. 8 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif edilib.