top
Milli Qəhrəman general-mayor Polad Həşimovun şəhadət günüdür
13 iyul 2024, 22:00
- ↺ +

Milli Qəhrəman general-mayor Polad Həşimovun şəhadət günüdür

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anım günüdür.

Həşimov Polad İsrayıl oğlu 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıta köçüb. Qəhrəmanımız 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə oxuyub.

1992-ci ilin dekabrında Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsinə qatılıb. 1993-cü ildə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında iştirak edib. O, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlar keçirib.

Polad Həşimov Vətənimizə göstərdiyi layiqli xidmətə görə “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları, “Vətənə xidmətə görə” III dərəcəli orden, 2016-cı ildə Aprel döyüşlərindən sonra isə “Vətənə xidmətə görə” II dərəcəli ordeninə layiq görülüb. Həmçinin “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medallarla təltif olunub.

Həşimov 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub. Ağır savaş zamanı yaralanıb. Həmin istiqamətdəki postlardan birinə onun adı qoyulub.

25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Sonra o, 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

12 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində ermənilər artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. 14 iyul tarixində döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçumuz qəhrəmancasına şəhadətə ucalıblar.

Həşimovun nəşi əvvəlcə Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. Növbəti gün isə II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı torpağa tapşırılıb.

General-mayora ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrə onun adı verilib. Bundan əlavə, paytaxtımızda və Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində “Polad Həşimov park”ları salınıb.

Hörmətlə anırıq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 3-cü günü nə baş verib?

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda məktəblərdən pul yığılır? – SƏS YAZILARI YAYILDI

Bütün xəbərlər
Dünən, 17:32

Kolleclərin boş qalan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

İdman
Dünən, 17:18

"Sumqayıt" heyətinə 20 yaşlı basketbolçunu cəlb edib

Bütün xəbərlər
Dünən, 16:37

"Sumqayıt Bulvar" 8 min manata maşın satır

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtlılar niyə tez-tez susuz qalır? - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtda yığılan avtobuslar başqa ölkələrə də satılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 13:55

"7 nömrə"nin sürücüsünü döyüb xəstəxanalıq etdilər

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Bütün xəbərlər
Dünən, 12:25

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Dünən, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Dünən, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Dünən, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər