Şəhid Mübariz İbrahimovun valideyni dünyasını dəyişib.
Sumqayit24.az xəbər verir ki, Milli Qəhrəmanın atası Ağakərim İbrahimov bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirib.