Sumqayıtda 3-cü mikrorayonda yerləşən şadlıq sarayında aktiv koronavirus xəstəsi aşkarlanıb. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən “Mübariz” şadlıq sarayının əməkdaşlarının COVİD pasportları yoxlanarkən, işçilərdən birinin virusa yoluxduğu məlum olub. Həmin şəxs, mətbəxdə çalışan H.Z. Tağıyev qəsəbə sakini Esmira Əsədovadır. Müəyyən olunub ki, yanvarın 20-də onun COVİD testi pozitiv çıxıb.
Vətəndaş yaşadığı evə qaytarılıb. Onun barəsində cinayət işi başlanılıb.