top
Müəllimini güllələyən Əli: Mənə deyirdi ki, Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur - TƏFƏRRÜAT
28 iyul 2026, 16:35
- +

Müəllimini güllələyən Əli: "Mənə deyirdi ki, "Sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" - TƏFƏRRÜAT

Bu il fevralın 6-da "İdrak" liseyində müəllimini güllələyən şagirdin atasına hökm oxunub.

44 yaşlı Samir Şirinov məhkəmənin qərarı ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib.

"Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib.

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Əli ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb:

"Həmin silahların ov silahı olduğunu bildirərək, hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Oğlum Əlinin silaha heç vaxt meyli yox idi. Əli ailəmizdə olan xeyir işə baş qarışdığından qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub". 

Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs, "İdrak" liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş Əlinin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib:

"Əlidən bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti gözləməzdim. Hadisə anidən baş verib, həmin an Əlini ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb.

Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Uşaqlardan "Əli elədi" dediklərini eşitdim və köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb".

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.

Əli isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə, polis əməkdaşları tərəfindən silaha baxış keçirilərkən görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb:

"Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar.". 

Əli Şirinov bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər:

"Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım lakin nə atam, nə də anam yuxudan durmadı. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım".

Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən Əli, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona "sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur" kimi ifadələr işlətdiyini deyib. Əlinin sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.

Xatırladaq ki, insident bu il fevralın 6-da "İdrak" liseyində baş verib. Məhkəmə istintaqı hazırda davam edir.

Mənbə: Lent.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Bütün xəbərlər
Dünən, 09:20

Sumqayıtda faciə - sürət qatarı kişini vuraraq öldürdü

Oxşar xəbərlər