Sumqayıt tədris ocağında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş nərd yarışı keçirilməsinə dair açıqlama verilib. Bu haqda 19 may tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib:
“Bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib. Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks-reaksiya doğurub və birmənalı qarşılanmayıb. Ümumi təhsil müəssisəsinin Facebook səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.
[modula id="36472"]