Sumqayıt Avtovağzalında antisanitariya hökm sürür.
Kompleksin sanitar qovşağı baxımsız vəziyyətdədir. Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, tualetdə su baçokları yoxdur:
“Milçək nəcisi bütün tavanı bürüyüb. Yerdə hətta ot bitib. Ətrafa yayılan qoxu isə təsəvvür edə bilməyəcəyiniz qədər iyrəncdir.
Sumqayıt sakini olaraq şəhərimizə gələn, bu antisanitariya ilə qarşılan qonaqlardan utanıram”.