Sumqayıt məktəbində kadr dəyişikliyi olub. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Tofiq İsmayılov adına Sumqayıt şəhər 29 nömrəli məktəbinin direktoru vəzifəsinə Humay Ramazanova təyin olunub. O, bundan öncə 43 nömrəli məktəbə rəhbərlik edib.
Qeyd edə ki, 29 nömrəli təhsil ocağının direktoru Vəfa Məmmədovaya Fatmayı kənd məktəbi tapşırılıb.