Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi məsələsinə münasibət bildirilib.
Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov fikirlərini bölüşüb.
O qeyd edib ki, hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim qaydalarından gedir:
"Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur".
Mənbə: Apa