Sumqayıtda ağır qəza baş verib.
Məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "KİA" markalı minik avtomobili qaz xəttinə çırpılaraq yol kənarı çıxıb. Nəticədə qaz xəttinə və maşına ciddi ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə: Sumqayit.tv