Sumqayıtda qəza baş verib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsinin Nəsimi adına Mədəniyyət və İstirahət parkının yanından keçən hissəsinə "Volkswagen" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.