Sumqayıt Dövlət Universiteti tender elan edib.
Sumqayit24.az Etender.gov.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsi inzibati bina və tədris korpuslarında lokal kompüter şəbəkəsinin (LAN) qurulması ilə əlaqəlidir.
Tenderin qalibi olacaq şirkət tərəfindən avadanlıqların alınması, materialların təchizatı və quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icrası üçün 400 min 269 manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.