top
Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
20 avqust 2026, 13:10
- ↺ +

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Güzəştli mənzil" sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib.

Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məlumat yayıb.

Bildirilib ki, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır:

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq "ünvan üzrə" seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını agentliyin rəsmi internet səhifəsində "Mənzillər" bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq "xəritə üzərində" və "parametrlər üzrə" axtarış üsulları aktivləşəcək.

Xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər. Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi.

Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.
Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.

Növbəti yenilik "Seçimlər" mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.

Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş "Güzəştli mənzil" sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı "Təsdiq et" düyməsini sıxdıqdan sonra dərhal "Ərizəçi" statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.

Əlavə edilib ki, Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində "Mənzillər" bölməsinə, "Güzəştli mənzil" sistemində isə "Demo satış" bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər.

Qeyd edək ki, "Güzəştli mənzil" sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Oxşar xəbərlər