Sumqayıt-Novxanı yolunda axşam saatlarında küçə işıqlandırmasının işləməməsi narazılıq yaradıb.
Bu barədə Sumqayit24.az-a vətəndaşlar məlumat veriblər.
Onların sözlərinə görə, Corat qəsəbəsində yerləşən Cümə məscidinin yanından Novxanı dairəsinədək olan yolda işıqlandırma təmin edilmir.
"Son bir həftədir ki, bu yolda küçə işıqları yandırılmır, göz-gözü görmür. Elə ən ağır qəzalar da bu yolda olur", – deyə vətəndaşlardan biri narahatlığını ifadə edib.
Şikayətçilər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş edirlər.