Sumqayıt Dövlət Universitetində (SDU) fəaliyyət göstərən Dövlət İmtahan Mərkəzinin Məsləhət Mərkəzinə avqustun 12-dən 19-dək 550-dən çox müraciət daxil olub.
Sumqayit24.az təhsil ocağına istinadən xəbər verir ki, müraciətlərin 235-i mərkəzdə yerində qəbul edilərək cavablandırılıb. 300-dən çox müraciət isə telefon zəngləri və sosial şəbəkələr vasitəsilə ünvanlanan suallar əsasında cavablandırılıb.