Yenilənib: saat 11:34
Ötən gün baş vermiş ağır avtoqəzada xəsarət alan "VAZ"-ın sürücüsü Namiq Quliyev dünyasını dəyişib.
Saat: 10:58
Novxanı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
İdarəetməni itirən "Kia" markalı nəqliyyat vasitəsi "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 3 nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. [modula id="47087"]