Novxanıda yanğın olub. Sumqayıt24 bu haqda 21 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün səhər saatlarında baş verib. Ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Əraziyə FHN-in əməkdaşları və texnikası cəlb olunub. Yaxınlıqdakı tikililər mühafizə edilib, alovun qarşısı alınıb.