Novxanıda sürücü ətrafdakılara qorxulu anlar yaşadıb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə Salatın Əsgərova küçəsində qeydə alınıb. Sakinlər iddia edirlər ki, həmin ərazi magistral yol yox, məhəlləarası yoldur. Sürücülər Duz gölündən Novxanıya, həmçinin Qurd dərəsi yaşayış massivinə keçməklə hərəkət edirlər.
Ancaq orada sürət həddi 50 km/saat olsa da, axşamlar bəzi sürücülər avtomobillərini 120 km/saat, hətta daha yüksək sürətlə idarə edirlər.
Məhəlləyə baxan evlərdən birinin təhlükəsizlik kamerası həmin avtomobillərdən birini lentə alıb.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/08/videoplayback.mp4"][/video]