Sumqayıtda cüdo üzrə Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Natiq Qurbanlı tərəfindən ustad dərsi keçirilib.
Sumqayıt24.az xəbər verir ki, master-klas Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionun cüdo təlim-məşq zalında baş tutub. İdmançı müxtəlif cüdo fəndlərini yeniyetmələrə nümayiş etdirib və onları göstərilən fəndləri sınamağa dəvət edib.
Qeyd edək ki, tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.