top
Ölkəyə külli miqdarda narkotik gətirən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri həbs ediliblər
28 iyun 2024, 07:45
- ↺ +

Ölkəyə külli miqdarda narkotik gətirən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri həbs ediliblər

Ölkəyə külli miqdarda narkotik keçirməyə cəhd edən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri həbs ediliblər. Bu haqda 28 iyun tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.

Hadisə iyunun 24-də gecə saatlarında baş verib. Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “DAYAN” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran vətəndaşları – 41 yaşlı Nuri Əbruntən, 40 yaşlı Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçiriliblər.

Həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan vətəndaşı olan 2 mülki şəxsin – 42 yaşlı Elxan Əliyev və 48 yaşlı Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıblar.

İran vətəndaşları tərəfindən ölkəyə gətirilmiş narkotik vasitə olan çətənə bitkisi 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb.

Başlanmış cinayət işi üzrə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları Elxan Əliyev və Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilib.

Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir.

Cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 3-cü günü nə baş verib?

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda məktəblərdən pul yığılır? – SƏS YAZILARI YAYILDI

Bütün xəbərlər
Dünən, 17:32

Kolleclərin boş qalan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI

İdman
Dünən, 17:18

"Sumqayıt" heyətinə 20 yaşlı basketbolçunu cəlb edib

Bütün xəbərlər
Dünən, 16:37

"Sumqayıt Bulvar" 8 min manata maşın satır

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtlılar niyə tez-tez susuz qalır? - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtda yığılan avtobuslar başqa ölkələrə də satılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıta sabah leysan yağa bilər

Bütün xəbərlər
Dünən, 13:55

"7 nömrə"nin sürücüsünü döyüb xəstəxanalıq etdilər

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda sakinləri əlavə xərcə salan bankomat problemi - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:59

Novxanıda öldürülən həkimin qızından şok açıqlamalar

Bütün xəbərlər
Dünən, 12:25

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:55

"TikTok"da qız adı ilə keçmiş yeznəsini evinə çağırıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:25

Maşınların bu yola girişi qadağandır - 100 manat cəriməsi var

Bütün xəbərlər
Dünən, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:48

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:40

Sumqayıt sakinini şantaj edən jurnalistlərə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 10:10

Sumqayıtdan həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Bütün xəbərlər
Dünən, 09:40

Novxanı yolunda ağır qəza

Bütün xəbərlər
Dünən, 09:15

Bakı-Sumqayıt yolunda qəzaya düşən tanınmış fotoqraf imiş

Bütün xəbərlər
Dünən, 01:00

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 13:07

Azərbaycan əsgəri ilə çiyin-çiyinə - Qarabağ müharibəsi cərrahın gözü ilə

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Oxşar xəbərlər