2024-cü il ərzində ölkədə baş verən yanğın hadisələrindən təhqiqatı aparılan yanğınların sayı 1649 olub.
Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ötən il yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da 2023-cü illə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.