Özbək şairlər Sumqayıtda olublar. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Özbəkistan Yazıçılar Birliyinin üzvləri, özbək şairlər Gülzira Şaripova və Gülbahar Saidqani ilə görüş Poeziya evində baş tutub. Burada regional mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev, şəhərimizin ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Poeziya evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı çıxışında Azərbaycan-Özbəkistan ədəbi əlaqələri barədə geniş məlumat verib. Onun sözlərinə görə, soy-kökü eyni olan millətlərin birliyi üçün ədəbiyyat, poeziya ən yaxşı təbliğat vasitəsidir. Daha sonra İlyaslı Gülzira Şaripova və Gülbahar Saidqaniyə "Fəxri qonaq” diplomunu təqdim edib.
Sonda qələm sahiblərindən Gülnarə Cəmaləddin, Rafiq Oday, Ofeliya Babayeva, Hümbət Quliyev, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva və başqaları öz şeirlərindən nümunələr səsləndiriblər.