top
Özünü müəllim adlandıran 64 yaşlı naxçıvanlı Sumqayıtda səfil həyatı yaşayır - VİDEO
10 avqust 2026, 14:50
- ↺ +

Özünü müəllim adlandıran 64 yaşlı naxçıvanlı Sumqayıtda səfil həyatı yaşayır - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda bir ildən artıqdır çətin vəziyyətdə yaşayan 64 yaşlı Etibar Abbasovun taleyi yerli sakinlərin diqqətini çəkib.

Sumqayit24.az-a izləyicilərdən daxil olan məlumata görə, Etibar Qurban oğlu Abbasov əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndindəndir. O, bir ildən çox əvvəl İstanbuldan Sumqayıta gəlib. Lakin şəxsiyyət vəsiqəsini, xarici pasportunu və mobil telefonunu itirdikdən sonra çətin vəziyyətə düşüb.

Onun sözlərinə görə, sənədləri və maddi imkanı olmadığı üçün hazırda evinə qayıda bilmir. Etibar Abbasov bir müddətdir 41-ci məhəllədə, küçədə qalır. Ərazi sakinləri ona yemək və digər gündəlik ehtiyaclarla kömək edirlər.

Etibar Abbasov özünü müəllim kimi təqdim edir. O, uzun illər şərqşünaslıq üzrə dərs dediyini, aralarında əcnəbilərin də olduğu 183 tələbəsinin olduğunu bildirir.

64 yaşlı kişi spirtli içki qəbul etmədiyini və sakit həyat sürdüyünü deyir. Bununla belə, o, yaşadığı ərazidə zaman-zaman bəzi şəxslərin ona narahatlıq yaratdığını da iddia edir.

Etibar Abbasovun sözlərinə görə, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onunla görüşüblər.
"Gəlmişdilər, mənimlə danışdılar. Dedilər ki, bir də gələcəyik", – deyə o bildirib.

Hazırda Etibar Abbasov sənədlərinin bərpasına və yaşadığı çətin vəziyyətdən çıxmasına kömək olunacağına ümid edir. Yerli sakinlər isə onun vəziyyətinin aidiyyəti qurumların diqqətində saxlanılmasını istəyirlər.


Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Bütün xəbərlər
Bu gün, 18:00

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 17:20

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi - YENİ ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Bu gün, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Bu gün, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Oxşar xəbərlər