Sumqayıtdakı partlayışda yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Sumqayit24.az-a TƏBİB-dən bildirilib ki:
“13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub”.