Ceyranbatan peşə liseyində təmizlik aksiyası həyata keçirilib. Bu haqda 14 may tarixində Sumqayıt24 xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada tədris ocağının tələbələri və kollektivi iştirak ediblər. Liseyin həyətyanı sahəsində abadlıq işləri aparılıb, ərazi məişət tullantılarından təmizlənib, həmçinin müxtəlif növ ağaclar əkilib.