Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri təcrübə keçəcəklər. Sumqayıt24 bu haqda 11 may tarixində xəbər verir.
Təhsil ocağının və “Sumqayıt Olimpiya Kompleksi Hotel”in birgə əməkdaşlığı çərçivəsində 1-cu kurs tələbələri oteldə ekskursiyada olublar. Anlaşma Memorandumuna əsasən, tələbələrin təcrübə proqramlarını hoteldə həyata keçirmələri planlaşdırılır.