Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri marifləndirici təlimdə iştirak ediblər. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
Təlim "Lider kimdir, onun hansı bacarıqları olmalıdır, insanın şəxsi və peşəkar inkişafında liderliyin əhəmiyyəti" mövzusunu əhatə edib. Seminarın mentoru Gülnar Yusifova tərəfindən mərkəz tələbələrinin sualları cavablandırılıb.
Qarşılıqlı əməkdaşlıq və debat şəklində keçən görüş tələbələr tərəfindən maraqla qarşılanıb.
Layihə Elm və Təhsil Nazirliyi, Yenilik və İnkişaf İctimai Birliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.