Corat qəsəbəsində piyadaların hərəkətinə maneə yaradan problem aradan qaldırılıb. Bu haqda bu gün, 13 iyul tarixində “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev xəbər yayıb.
Belə ki, bir müddət öncə səkinin üzərində “Azəriqaz”-a aid qaz siyirtməsi quraşdırılmışdır. Bu isə, öz növbəsində, insanların narazılığına səbəb olmuşdur. Nəhayət, həmin siyirtmə, yeri dəyişdirilərək, yolun kənarına qoyulub.