Sumqayıtda yol polisləri yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görüblər. Sumqayıt24 bu barədə 13 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkarlanan çatışmazlıqlar aradan qaldırılıb. Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəzlənib, eləcə də yeni nişanlanma xətləri çəkilib.
Həmçinin DYP-nin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçiriblər. Sürücülərə yeni tədris ilinin başlanması ilə əlaqədar, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib.