Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün tikintisinə 9 milyon 960 min manat pul ayırıb.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi məqsədilə 9.960.000,0 (doqquz milyon doqquz yüz altmış min) manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.