Deputat Müşfiq Məmmədli qəbulda ən yüksək bal toplayanlardan biri olan Nuray Dünyamalıyeva ilə görüşüb. Bu barədə deputat 18 avqust tarixində öz Facebook səhifəsində xəbər verib.
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Nuray 687 bal toplayıb və Azərbaycan Tibb Universitetinin ingilis dilində müalicə işi fakültəsini seçib. Müşfiq Məmmədli onu qazandığı böyük uğur münasibətilə təbrik edib.
Qeyd edək ki, görüşdə Abşeron - Xızı regional təhsil idarəsinin əməkdaşı Cəmilə Fəyyaz və iş adamı Fuad bəy də iştirak ediblər.