top
Qanunsuz aborta görə bu cəza verilə bilər
11 mart 2025, 05:05
- +

Qanunsuz aborta görə bu cəza verilə bilər

Qanunsuz abortlar bir çox ciddi təhlükələrə səbəb ola bilər. Bunlar arasında ən önəmliləri adətən peşəkar tibbi şəraitdə həyata keçirilmədiyi üçün infeksiya, ağır qanaxma, orqanın zədələnməsi kimi fəsadlarla nəticələnə bilər. İkincisi, abortların qadınlar üzərində psixoloji təsirləri ciddidir. Qanunsuz abortların nəticəsi olaraq, qadınlarda gələcəkdə hamiləlik problemləri, o cümlədən infertillik və ya doğuş zamanı komplikasiyalar baş verə bilər.

Azərbaycanda ümumi abort statistikası göstərir ki, 2023-cü ildə ölkə üzrə 73,816 abort qeydə alınıb. Bu göstərici əvvəlki illərlə müqayisədə artım nümayiş etdirir, məsələn, 2022-ci ildə abortların sayı 57,999 olub.

Qanunsuz abortların ümumi abortlar içindəki nisbətini müəyyən etmək çətin olsa da, bəzi mənbələr qeyd edir ki, çox sayda abort tibbi qeydə alınmadan, qeyri-rəsmi şəraitdə həyata keçirilir.

Modern.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Rəşad Əliyev bildirib ki, qanunsuz abort etməyə görə, Cinayət Məcəlləsinin 141-ci maddəsi ilə məsuliyyət yaradır. Belə ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək , müddətə islah işləri cəzaı nəzərdə tutulub.

Bundan başqa, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Rəşad Əliyev deyib ki, qeyd edilən əməllər nəticəsində, zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə,  və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər.

Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Bu gün, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Bu gün, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Bu gün, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Bu gün, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Bu gün, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Bu gün, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Bu gün, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Bu gün, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Bu gün, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Bu gün, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Bu gün, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Bu gün, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Oxşar xəbərlər