Azərbaycan tarixi üzrə keçirilən fənn olimpiadasının qalibləri mükafatlandırılıb. Bu haqda bu gün, 1 iyul tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
Şəhər ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ Azərbaycandır!” adlı olimpiada SDU-nun 60 illik yubileyinə həsr edilib. Olimpiadada 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən şagirlərə Fəxri fərman və hədiyyələr təqdim edilib.
Olimpiadanın keçirilməsində əsas məqsəd xüsusi istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərdə fənnlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə zəmin yaradılmasından ibarətdir.