Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə Nümayəndəliyinin inzibati binasının açılış mərasimi keçirilib. Bu haqda 3 may tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Yenidənqurmadan sonra baş tutan açılışda İcmanın idarə heyətinin sədri deputat Əziz Ələkbərli, şəhər rəhbəri Zakir Fərəcov və burada məskunlaşan qərbi azərbaycanlılar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, son 200 ildə soydaşlarımız öz dədə-baba yurdlarından zorla köçürülüblər və həmin ərazilərdəki Azərbaycan izləri erməni vandalları tərəfindən silinib. Bütün bu məsələlərin Qayıdış Konsepsiyasında öz əksini tapdığı vurğulanıb.