Təcili tibbi yardım maşınının vurduğu qadın dünyasını dəyişib. Bu barədə 6 sentyabr tarixində Lent.az xəbər yayıb.
Hadisə sentyabrın 2-də saat 15:00 radələrində baş verib. Sumqayıt sakini Əli Yaqubov idarə etdiyi xidməti "Mercedes-Vito" markalı avtomobillə yolu keçən Ramilla Davidovanı vurub. Qadın təcili tibbi yardım xəstəxanasına yerləşdirilsə də, dünən orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb.