Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsi planlı yoxlamalar keçirib. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Ötən nəzarət tədbirləri çərçivəsində bəzi obyektlərdə işçilərin tibbi müayinədən keçmədiyi müəyyən edilmişdir. Məsul şəxslərə dəfələrlə xəbərdarlıq olunsa da, bu nöqsanların aradan qaldırılmadığı məlum olub.
Nəticədə 4 qida subyektində işləyən 16 nəfər müvəqqəti olaraq kənarlaşdırılıb. Onlar sağlamlıq arayışını təqdim edəndən sonra işlərinə dönə bilərlər.
Nöqsanların aşkar edildiyi obyektlər aşağıdakılardır: [modula id="23306"]