Sumqayıtda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.