Mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 7 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Sumqayıtda arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 10-13, gündüz 14-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.