Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometerologiya İdarəsinə istinadən xəbər verir ki, Sumqayıtda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.