Avqustun 14-də gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda hava şəraiti əsasən yağmursuz olacaq, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 23-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.