Oktyabrın 22-də hava şəraitinin yağıntılı olacağı gözlənilir.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağıntı gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-15° isti olacaq.