Sumqayıt S. Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi respublika festivalında uğurla çıxış edib. Bu haqda 10 may tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının xanəndəlik şöbəsinin 5-ci sinif şagirdi Rövşanə Əliyeva “Xəmsə möcüzəsi” adlı I Respublika Festivalında 1-ci yerə layiq görülüb. Məktəblini müsabiqəyə müəllimi Rəsmiyə Abbasova hazırlayıb.