H.Z. Tağıyev qəsəbəsində “Məişət zorakılığına qarşı mübarizə” və “Gender bərabərliyinin təminatı” mövzularında tədbir təşkil edilib. Bu haqda 18 may tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 19 nömrəli məktəbdə keçirilib. Burada qəsəbə icra nümayəndəliyi, Ağsaqqallar şurası, bələdiyyə üzvləri və məktəb şagirdləri iştirak ediblər.
Çıxışlarda məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacibliyindən bəhs edilib. Mövzu ilə bağlı digər iştirakçılar çıxışlar edərək cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildiriblər. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.