Sumqayıt şəhərinin 9-cu mikrorayonunda vətəndaş qəbulu keçirilib. Bu haqda 6 may tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
Şəhər rəhbəri Zakir Fərəcov sakinlərlə görüşüb. Qəbulda vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismi yerindəcə həll olunub.