Sumqayıtın icra başçısı Zakir Fərəcov vətəndaşları səyyar qəbul edib. Bu haqda 14 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Qəbul şəhərin 10-cu mikrorayonunda keçirilib. Burada icra hakimiyyətin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Şəhər rəhbəri sakinlərin istək və arzuların dinləyib. Zakir Fərəcov qaldırılan müraciətlərin həlli istiqamətində əlaqədar qurumlara tapşırıq verib.