"Grand Summer Awards" mükafatının təqdimetmə mərasimi keçirilib. Sumqayıt24 bu barədə 6 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Xaricdə təhsil üzrə ən etibarlı tədris mərkəzi nominasiyasında qalib Sumqayıtda fəaliyyət göstərən "Yüksəl" tədris mərkəzi olub. Bununla bağlı şirkətin təsisçisi Nərmin Hacıyevaya xüsusi mükafat verilib.
Sumqayıtda, həmçinin Bakıda fəaliyyət göstərən mərkəzin proqramı çərçivəsində indiyədək Türkiyə, ABŞ və Avropanın bir çox tanınmış ali təhsil müəssisələrinə 2000-dən çox tələbənin qəbul prosesi həyata keçirilib.