Sumqayıt şəhərində dezinfeksiya işləri həyata keçirilib. Sumqayıt24 bu barədə 7 sentyabr tarixində Dünya TV-yə istinadən xəbər verir.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları şəhərin müxtəlif ərazilərində dezinfeksiya və dərmanlama işləri aparıblar. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə təşkil olunan bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.