Sumqayıt KOBİM sahibkarlar üçün növbəti təlim keçib. Bu barədə 15 sentyabr tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
KOBİM-in eksperti tərəfindən iştirakçılara effektiv layihə təklifinin hazırlanması, layihədə monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi, mühitin və ehtiyacların araşdırılma üsulları barədə məlumat verilib. “Layihələrin yazılması və idarə olunması” mövzusunda keçirilən seminarda 7 sahibkar iştirak edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.